Şəbnəmə tədbirdə <span style="color:red;">XÜSUSİ JEST  - <span style="color:red;">VİDEO  - <span style="color:red;">FOTOLAR
02 iyul 2019 18:10 (UTC +04:00)

Şəbnəmə tədbirdə XÜSUSİ JEST - VİDEO - FOTOLAR

Müğənni Şəbnəm Tovuzlu ( Əsədova ) bu gün “Mən hələ ölməmişəm” adlı klipinə təqdimat mərasimi keçirib.

Lent.az-ın məlumatına görə, tədbirdə Şəbnəm ekran işi ilə bağlı təəssüratlarını söyləyib:

“Türkiyədən konsert təklifi gəldi, qəbul etdim. Söylədilər ki, sizin “Qadasın alaram”, “Sevənlər ölməz” , “Lazım” , “Yar ağladı” mahnılarınız burada sevilir. Hətta Türkiyədə taksidə gedən zaman sürücü məndən soruşdu ki, “azərisiniz?” Söylədim ki, bəli. Dedi ki, Azərbaycanda bir qız var, çox gözəl mahnılar oxuyur, amma adını yadımdan çıxartmışam. “Yar ağladı” mahnımı zümzümə elədi... Dedim ki, o mahnını oxuyan mənəm. Sürücü çox sevindi.

İnşallah, sentyabrın 8-də Türkiyədə - Taksimdəki böyük konsert salonunda konsert verəcəm. Gecənin bir vaxtı bu mahnının bəstəkarı Elçin Məhərrəmova zəng elədim, dedim ki, sənin istedadına bələdəm, elə mahnı yazmalısan ki, Türkiyədə və Azərbaycanda partlasın. O, söylədi ki, nə danışırsan? 4-5 günə mahnı yazmaq olar? Amma sonda yazdı və belə gözəl əsər ortaya çıxdı. Gözəl klip də çəkdik. Düşünürəm ki, bəyəniləcək”.

Onu da əlavə edək ki, tədbir zamanı Şəbnəm Tovuzlunun sevdiyi insan ona üstündə “Həyatım” yazılan gül çələngi göndərib: “Hər zaman həyat yoldaşımdan özümə dəstək və diqqət görmüşəm. Son 6 ildir ki, bu diqqət var. Hər bir qadının diqqətə və dəstəyə ehtiyacı var. Yoldaşım bu gün də mənə dəstəkdir”.

Qeyd edək ki, “Mən hələ ölməmişəm” adlı bəstənin söz və musiqisi bəstəkar-müğənni Elçin Məhərrəmova, aranjemanı İlkin Həsənə məxsusdur.

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2905

Oxşar yazılar