Azərbaycanın müdafiə naziri Belarusa gedəcək
01 iyul 2019 17:34 (UTC +04:00)

Azərbaycanın müdafiə naziri Belarusa gedəcək

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə iyulun 2-də Minsk şəhərinə yola düşəcək.
 
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarusun alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edəcək.
 
Müdafiə nazirinin bu ölkənin hərbi-siyasi rəhbərliyi ilə görüşləri və Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin ailə üzvlərini ziyarət etməsi nəzərdə tutulub.
 
Qeyd olunub ki, iyulun 3-də Minsk şəhərində keçiriləcək hərbi paradda Azərbaycan Ordusunun hərbi qulluqçuları da iştirak edəcək. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1464

Oxşar yazılar