Sürücülər, <span style="color:red;">DİQQƏT : Bakının bu küçələrində hərəkət məhdudlaşdırılıb
22 iyun 2019 10:33 (UTC +04:00)

Sürücülər, DİQQƏT: Bakının bu küçələrində hərəkət məhdudlaşdırılıb

Nəsimi rayonu A.Bakıxanov-Mirəli Qaşqay küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar adı keçən ərazidə nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlər yaranıb. 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, A.Bakıxanov küçəsindəki iki zolaqda hərəkət müvəqqəti məhdudlaşdırılıb. 

A.Bakıxanov küçəsindən sola Mirəli Qaşqay küçəsinə giriş isə təmir işləri ilə əlaqədar olaraq məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyi həmin istiqamətdə hərəkət edərkən mövcud vəziyyəti nəzərə almağı xahiş edir.

 

 

 

 

# 788
avatar

Aygün İbrahimli

Oxşar yazılar