
Bakı Limanında əlavə kranlar quraşdırılıb: 32 ton yükqaldırma gücünə malikdir
Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında daha iki əlavə kran quraşdırılıb. Bu kranlar Bakı şəhərinin Əsas Yük Terminalında (mərkəzdə yerləşir) yenidən modernizasiya olunaraq limana gətirilib.
Bakı Limanından "APA-Economics"ə verilən məlumata görə, kranlar mexaniki və elektron cəhətdən tam yeni avadanlıqlarla təchiz olunub və dəmir konstruksiyası xüsusi testlərdən keçirilərək standartlara cavab verir.
Məlumata əsasən, quraşdırılan kranlar 32 ton yükqaldırma gücünə malikdir.
Qeyd edək ki, Bakı Dəniz Limanının ən qədim terminallarından olan və paytaxtın mərkəzində yerləşən Əsas Yük Terminalı mayın 1-dən fəaliyyətini dayandırıb.
Xatırladaq ki, bu ilin birinci rübü ərzində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin ümumi yükaşırmanın həcmi 1 035,6 min tondan çox olub. Aşırılmış yüklərin 861 min tondan çoxu və ya 83,1%-i tranzit yüklərin payına düşüb.
Konteynerlərin aşırılmasında böyük artım qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanında 2019-cu ilin yanvar-mart ayları ərzində 7 253 ədəd konteyner (TEU ekvivalentində) aşırılıb ki, bu da keçən il ilə müqayisədə 55,2% artım deməkdir (2018-ci ilin müvafiq dövründə 4 673 TEU).
İlin birinci rübündə Ələt qəsəbəsində yerləşən Bakı Limanının Bərə terminalında vaqon aşırılması 13 788 (keçən ilin müvafiq dövrünə nisbətən 12,6% artım) ədədə çatıb. Bunlardan 6 446 vaqon (46,8%) Bakı-Kurik-Bakı istiqamətində, 7 342 (53,2%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.
Oxşar yazılar

“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17