Tanınmış marketinq mütəxəssisi "Hell Energy"ni tərk etdi: "Təkliflərə hazıram"
14 iyun 2019 00:10 (UTC +04:00)

Tanınmış marketinq mütəxəssisi "Hell Energy"ni tərk etdi: "Təkliflərə hazıram"

Azərbaycanın tanınmış marketinq mütəxəssislərindən biri Müşfiq İskəndərov "Hell Energy" şirkətindən ayrılıb.

 

Lent.az xəbər verir ki, bu haqda məlumatı sosial şəbəkədə özü məlumat verib:

 

"Hell Energy" ilə yollarımızı ayırdıq. Düz 5 ildir ki, ölkənin əsas enerji içkisinə nəfəs verdik. Nələr etdik deməyə ehtiyac yoxdur, nələr etmədik ki?! Bu ilin əvvəlindən dəfələrlə uzaqlaşma haqqında xahiş etsəm də, izn verilmirdi, indi isə səssizcə aradan çıxıram. Bütün "Hell Energy" ordusuna uğurlar arzulayıram! Darıxan dostlar məni İlkin Həsəni ilə nəfəs verdiyimiz "Idea Factory"də görməyə gələ bilər.

 

M.İskəndərov yeni təkliflərə açıq olduğunu da deyib: "Yeni iş təkliflərini yalnız sıfırdan markalar üzərindən edilməsini xahiş edirəm, hazır "burada mənəm, Bağdadda Kor xəlifə" ideyası mənlik deyil".

 

Qeyd edək ki, M.İskəndərov ölkənin ən uğurlu marketinq mütəxəssislərindən biridir. Silsilə olaraq son illər uğurlu təcrübələri ilə biznes camiasında öz adından söz etdirməyi bacarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 983

Oxşar yazılar