
5 ayda istehsalat qəzasında 20 nəfər ölüb - RƏSMİ
"2019-cu ilin 5 ayı ərzində istehsalatla əlaqəli sayılmış 88 bədbəxt hadisənin təhqiqatı aparılıb. Üçü qrup halında olan bu hadisələr nəticəsində 20 nəfər ölüb, 73 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb".
APA xəbər verir ki, bunu "Əməyin mühafizəsinin təmin edilməsində kollektiv müqavilələrin rolu" mövzusunda keçirilən seminar-müşavirədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədov bildirib.
Onun sözlərinə görə, istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 93 nəfər zərərçəkmiş şəxsə “İZ” (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub: "İstehsalatda baş verən bədbəxt hadisələrin qarşısının alınması, bu hadisələr zamanı həyatını itirənlərin və xəsarət alanların sayının minimuma endirilməsi məqsədi ilə Xidmət tərəfindən bir sıra maarifləndirici və qabaqlayıcı tədbirlər həyata keçirilir".
İ. Məmmədov bildirib ki, 2019-cu ilin 5 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxsləri tərəfindən vətəndaşlardan daxil olmuş 3341 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 2472 məktub və sorğu araşdırılaraq cavablandırılıb: "Əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 45 nəfər öz əvvəlki işlərinə bərpa edilib, bu işçilər barəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib. Müxtəlif orqanlardan daxil olmuş materialların və vətəndaş müraciətlərinin araşdırılması zamanı 224 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib.
Törədilmiş inzibati xətalara görə Xidmətin vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 764300 manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub. Xidmətin əmək qanunvericiliyinin tətbiqi ilə bağlı maarifləndirmə və təbliğat işlərinin aparılmasına dair təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq 2019-cu il 5 ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 25 sayda maarifləndirmə tədbiri keçirilib və bu ilin sonunadək 35 belə tədbirin keçirilməsi nəzərdə tutulub.
Bu tədbirlər əsasən uşaq əməyinin istismarının qarşısının alınması, əməyin mühafizəsi normalarına əməl olunması, əmək müqaviləsinin bağlanması, müqavilələrin şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları, əmək qanunvericiliyinin tətbiq olunması mövzularına həsr olunub".
Oxşar yazılar

İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33
“Sputnik Azərbaycan” Mətbuat Şurasında MÜZAKİRƏ EDİLDİ
14 iyul 2025 , 16:21
Güclü maqnit qasırğaları yaxınlaşır - XƏBƏRDARLIQ
14 iyul 2025 , 14:12