236
13:22
11 İyun 2019

DİM Bakı Ali Neft Məktəbi ilə bağlı düzəliş edib

Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 2019-cu il 4 №-li buraxılışında çap olunan Bakı Ali Neft Məktəbinin 248116 kodlu Biznesin idarə edilməsi ixtisası ilə əlaqədar düzəliş edib.

Mərkəzdən Lent.az -a bildirilib ki, “Magistr” jurnalının bu il nəşr olunan 4 №-li buraxılışında 42-ci səhifədə Bakı Ali Neft Məktəbinə qəbul üçün 248116 kodlu Biznesin idarə edilməsi (MBA proqramı üzrə) ixtisası Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə ikili diplom proqramı olaraq göstərilib.

Bakı Ali Neft Məktəbinin DİM-ə verdiyi məlumata əsasən, həmin ixtisas üzrə təhsil ingilis dilindədir və proqramı müvəffəqiyyətlə bitirən hər bir tələbəyə yekunda yalnız Bakı Ali Neft Məktəbinin diplomu verilir.