345
14:10
08 İyun 2019

Axtarışda olan 18 nəfər tutulub

Respublikanın ərazisində iyunun 7-də gün ərzində törədilmiş 20 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az -a daxil olan məlumatda bildirilir ki,

əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.