347
02:03
06 İyun 2019

Mariya Zaxarova Bakıda keçirilən Avropa Liqasının finalı haqqında: "Bakını təhlükəli şəhər adlandıra bilmərəm"

"Biz bir tərəfdən idmanın siyasiləşdirilməsinə öyrəşməliyik. Lakin bu o demək deyil ki, biz bununla razılaşmalıyıq. İdman tədbirlərinin siyasiləşdirilməsi bir çox sənədlərə ziddir. Xüsusi ilə də BMT-nin ölkələrlə ikitərəfli və çoxtərəfli sənədlərinə ziddir. İdman ayrılmağı deyil, birləşməyi hədəfləyir".

APA -nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə UEFA Avropa Liqasının Bakıda keçirilən finalının siyasiləşdirilməsi ilə bağlı suala cavabında bildirib.

"Xatırlatmaq istəyirəm ki, qədim və antik dövrdən bizə gələn idman adətləri, hansılar ki, XX əsrdə əsası qoyulub, bu ondan xəbər verir ki, idman tədbirləri məhz münaqişələrin, ya da hətta hərbi fəaliyyətin hərarətini azaltmağa çağırış edir. Mənə elə gəlir ki, məhz bu adəti ilk növbədədirçəltmək lazımdır", - deyə Rusiya XİN-in sözçüsü vurğulayıb.

M.Zaxarova Bakı şəhərinin təhlükəli şəhər olub-olmaması ilə bağlı fikirlərini də bölüşüb: "MənBakını təhlükəli şəhər adlandıra bilmərəm. Məmnuniyyətlə bu şəhərə gəlirəm. Bakıya Rusiya XİN-in əməkdaşı kimi getmişəm. Eyni vaxtda qeyri-formal tədbirlərdə iştirak etmişəm. Azərbaycan paytaxtında son 10 ildə baş verən dəyişikliklərdən təsirlənmişəm. Bu barədə müntəzəm olaraq danışıram. Bakı mənim hər zaman məmnuniyyətlə getdiyim şəxsi yerlər siyahısına daxildir".