
On gündə 3 azyaşlıya qaraciyər köçürülüb
Azərbaycanda daha bir uşaq üzərində qaraciyər transplantasiyası əməliyyatı aparılıb.
Anadangəlmə qaraciyər çatışmazlığından əziyyət çəkən 9 yaşlı Həcər Məmmədovaya Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsində cərrah transplantoloq Mircəlal Kazıminın komandası tərəfindən qaraciyər köçürülüb.
M.Kazımi e-tibb.az-a bildirib ki, azyaşlı uzun zaman müxtəlif xəstəxanalarda müalicə olunsa da, effekti olmayıb. Getdikcə onun qarnında maye toplanıb, sarılığı artıb: “Bizə gətiriləndə ağır qaraciyər komasında idi. Tükənmiş vəziyyətdə olan uşaq bir aya yaxın xəstəxanada müalicə olundu. Ümumi vəziyyət stabilləşdi, sonra əməliyyata hazırlandı”.
Azyaşlıya atasından qaraciyər köçürülüb. Hazırda uşağın vəziyyətində müsbət dinamika müşahidə olunur.
Onun sözlərinə görə, bu, son on gündə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsində uşaqlar üzərində aparılan 3-cü qaraciyər transplantasiyası əməliyyatıdır.
Qaraciyər köçürülən uşaqlardan birinin 11, digərinin 13 yaşı var. Onlardan birinə atasından, o birinə isə anasından qaraciyər köçürülüb. Hər iki uşaq artıq xəstəxanadan evə yazılıb.
M.Kazımi deyib ki, Azərbaycanda qaraciyər və böyrək çatışmazlığından əziyyət çəkən uşaqların sayı az deyil. Həkim qeyd edib ki, bu xəstəliklərin müalicəsində yeganə yol transplantasiya əməliyyatıdır, çünki yalnız bununla xəstələr normal həyata qayıdır.
Oxşar yazılar

XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12