
Deputat seçiciləri ilə görüşdü

Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan Beyləqanın Gödəklər kəndində seçiciləri ilə görüş keçirib.
Lent.az-ın məlumatına dörə, deputat Gödəklər kəndində seçicilərlə ümumi problemlərin müzakirəsini aparıb. Görüş zamanı kənd sakinləri kənddə içməli su probleminin olduğunu bildirblər.
Sakinlər məsələ ilə bağlı deputatın "Azərsu" ASC-yə müraciət etməsini xahiş ediblər. Bu istiqamətdə müəyyən addımlar atdığını diqqətə çatdıran Çingiz Qənizadə bununla bağlı "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynova müraciət etdiyini bildirib.
Deputat hazırda su ilə bağlı məsələnin müzakirə olunduğunu vurğulayıb.
Ç.Qənizadə görüş zamanı ölkədəki ictimai-siyasi durum, cənab prezidentin son aylarda atdığı addımlar, Dağlıq Qarabağ məsələsi barədə fikir mübadiləsi aparıb. Kənd sakinlərinin kəndlə bağlı ümumi problemlərini dinləyən deputat, daha sonra sakinləri fərdi qaydada qəbul edərək şikayətlərini qeyd edib.
Sonda deputat hər bir şikayəti araşdıracağına, maksimum imkanı daxilində kömək edəcəyinə söz verib.

Oxşar yazılar

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi
20 yanvar 2021 , 12:08
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO
20 yanvar 2021 , 12:00
20 Yanvar faciəsindən 31 il ötür
20 yanvar 2021 , 00:54
Prezident 20 Yanvarla bağlı paylaşım etdi
19 yanvar 2021 , 23:08
Şuşa Türk dünyasının mədəni paytaxtı elan edilə bilər
19 yanvar 2021 , 16:44
Dağlıq Qarabağın Azərbaycanlı İcması Şuşaya köçürülür
19 yanvar 2021 , 15:01
İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edildi
19 yanvar 2021 , 14:11
Qarabağ Dirçəliş Fondu ilə bağlı yeni FƏRMAN
19 yanvar 2021 , 12:12