
Azərbaycan paracüdoçuları Qran-prini 11 medalla başa vurublar
Bakıda keçirilən paracüdo üzrə Qran-pri turniridə Azərbaycan millisi çıxışını başa vurub.
ONA-nın məlumatına görə, yarışın ikinci günündə 6 dəst medal sahibini tapıb.
Azərbaycan yığmasının üzvləri günü 2 medalla başa vurublar. Bunlardan biri gümüş, biri bürünc olub.
Kişilərin 90 kq çəki dərəcəsində təmsilçilərimizdən Rövşən Səfərov finala kimi irəliləyib. O, beşinci – həlledici görüşündə iranlı Vahid Nouri ilə üz-üzə gəlib. Təəssüf ki, həmyerlimiz uğurlu seriyanı davam etdirə bilməyib. O, ikinci yerlə kifayətlənib.
+100 kq çəki dərəcəsində komandamızın lideri İlham Zəkiyev yarımfinala qədər irəliləsə də, finalın bir addımlığında büdrəyib. O, 3-cü yer uğrunda döyüşdə gürcüstanlı Revaz Çikoidze ilə qüvvəsini sınayıb. Zədələnməsi onun məğlubiyyətilə nəticələnib.
Qadınların 63 kq çəki dərəcəsində Xanım Hüseynova da çıxışını bürünc medalla başa vurub. O, üçüncü yer uğrunda qarşılaşmada Duyğu Seteyə (Türkiyə) qalib gəlib.
70 kq çəki dərəcəsində Zülfiyyə Hüseynova startda uduzsa da, təsəlliverici görüşdə qalib gələrək 3-cü yer uğrunda qarşılaşmada özbəkistanlı Vasila Alıboyeva ilə münasibətinə aydınlıq gətirib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.
+70 kq çəki dərəcəsində çıxış edən Dürsədəf Kərimova bürünc medal uğrunda mübarizədə braziliyalı Rebekka Silva ilə qarşılaşıb. O da mükafatın bir addımlığında büdrəyib.
Beləliklə, yığmamız iki gün davam edən Qran-prini 3 qızıl, 4 gümüş və 4 bürünc medalla başa vurub.
Oxşar yazılar

Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23
"Mançester Yunayted"in futbolçusu Mbappe ilə sevişməkdə şübhəli bilinən qızla görüşür
8 iyul 2025 , 12:54
Hansı oyunçunun forması “Real”a həftədə 32 min avro qazandırır? Mbappe və ya Vinisius deyil
8 iyul 2025 , 09:39
Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12