
Birinci həyat yoldaşından Qafarova AĞIR SÖZLƏR: Laləyə dəstək oldu
“30 il səssiz qaldım. Amma indi insanlara hər şeyi deyəcəm. Onun köməyi olmadan təkbaşıma iki övlad böyütdüm. Laləyə eşq olsun. Onu ən sərt şəkildə cəzalandırmaq lazımdır”.
Lent.az AzNews.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədovanın eks-əri İlham Qafarov haqda onun birinci həyat yoldaşı Kəmalə Şabanova sosial şəbəkədə yazıb.
O, son günlər yaşanan qalmaqalın fonunda Məmmədovaya dəstək olaraq, Qafarovun əleyhinə bir çox ittihamlar səsləndirib:
“Uşaqlarıma heç vaxt bir manat da verməyib, aliment ödəməyib. O, təhlükəli adamdır və qeybət edəndir. Həmişə mənə şər atıb, uşaqlarından isə tamamilə imtina edib. Uşaqlarımı özüm oxutdurdum, müalicə etdirdim, evləndirdim. Belə kişilər öz cəzalarını almalıdırlar. Övladına heç bir cavabdehlik daşımır. Lalə ilə etdiyi hərəkəti mənimlə də etdi. O, hər şeyə görə cavab verməlidir.
Onun uşaqlarını qadınlar saxlamalıdır? İndiyədək onun etdiklərinin qarşısı alınmayıb. Birindən ayrılıb, digərinə aliment vermək istəmir. Sadəcə uşaqlarım üçün yaşamışam. O, başqalarının da həyatını məhv edir. Ancaq sakit dura bilmərəm. Onun içüzünü hamı bilməlidir. O, yaxşı oğlandır? Yəqin ki, araq stəkanı arxasında yaxşı oğlandır. Bəli, doğrudur, o, içki düşkünü idi. Mən bunları yazmaqda məqsədim odur ki, Lalənin uşaqlarına aliment versin. Hazırda üçüncü nikahıdır. Ancaq yazır ki, iki dəfə evlənib. O, başqasının hesabına yaşayan insandır. Heç vaxt düzəlməyəcək”.
Qeyd edək ki, İlham Qafarovun Kəmalə Şabanova ilə nikahından bir oğlu, bir qızı var. Onların ayrılmasından 5 il sonra İlham Qafarov Lalə Məmmədova ilə ailə qurub. Onun əməkdar artistlə nikahından iki qızı var.
Lalə Məmmədova İlham Qafarovu aliment ödəmədiyinə görə məhkəməyə verib.
Oxşar yazılar

Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34
"Məndən əvvəl başqa qız olduğunu bildim" - 29 yaşlı model Yamalla münasibətindən DANIŞDI
2 iyul 2025 , 11:08
Günay İbrahimlinin daha bir SİRRİ açıldı
2 iyul 2025 , 09:35
"Məndən bir də borc istəməyin" - Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu
1 iyul 2025 , 14:54
Miri Yusifə ağır itki
1 iyul 2025 , 10:29
Maykl Ceksonla bağlı daha bir sirr açıldı
30 iyun 2025 , 14:58
Ad-soyadlarını yanlış tələffüz etdiyiniz 8 ULDUZ
30 iyun 2025 , 13:45
Aşiq cütlük yenə də hamını heyran etdi
30 iyun 2025 , 11:15