![[b]“Azərbaycan-ABŞ münasibətlərini çox güclü hesab edirəm” - Səfir[/b]](https://lent.az/storage/news/2019/may/01/big/18b0b9e2e27820034ba2084c51f525ec.jpg)
[b]“Azərbaycan-ABŞ münasibətlərini çox güclü hesab edirəm” - Səfir[/b]
0
0
“Azərbaycan və ABŞ arasındakı münasibətləri çox güclü hesab edirəm”.
ONA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bildirib.
O, qeyd edib ki, bu əlaqələrin daha da gücləndirilməsi üçün əlindən gələni edəcək: “Dünən prezident Əliyevlə görüşmək fürsətim olub. Onunla əlaqələrimizin geniş səpkili istiqamətlərini və əlaqələrimizi daha da inkişaf etdirməyin yollarını müzakirə etdik".
Səfir vurğulayıb ki, hazırda Azərbaycanda bir sıra islahatlar keçirilir: “Azərbaycan islahatlar baxımından keçid dövründə olan bir ölkədir. Biz Azərbaycanın suverenliyini, müstəqilliyini və demokratik islahatlarını dəstəkləyirik. Biz həmçinin Azərbaycanın iqtisadi islahatlarını və inkişafını dəstəkləmək istəyirik".
0
0