
Azərbaycanda 2 milyon dollara təyyarə satan adamı tapdılar - VİDEO
Azərbaycanda elan saytlarında və sosial şəbəkələrdə təyyarə satılır. Bununla bağlı satış quruplarında elanlar yerləşdirilib.
Satışa iki ədəd "Boing-747" təyyarələri çıxarılıb.
Apardığımız araşdırma zamanı məlum oldu ki, təyyarəni satan şəxs paytaxt sakini Əminağa Hacıyevdir. Müsahibimiz bildirir ki, elanda olan təyyarə hazırda İndoneziyadadı və o burada sadəcə vasitəçi rolunu oynayır. Onun sözlərinə görə, həmin təyyarələrin istifadə müddətləri başa çatıb. Belə təyyarələr əsasən hostel və restoran edilməsi məqsədi ilə alınır.
Müsahbimiz deyir ki, təyyarələrin bir ədədinin qiyməti 500 min dollardan başlayır.
Təyyarə motorunun 15 günlük kirayəsi isə minimum 30-40 min dollara başa gəlir.
Onun sözlərinə görə, bu dünya təcrübəsində geniş yayılıb. Məsələn, Hollandiyada təyyarə oteli, İranda isə təyyarə restoranı var.
Əminağa Hacıyev deyir ki, bu təyyarələri alıb hava nəqliyyatında da istifadə etmək olar. Bu cür motorlu təyyarələrin 1 ədədinin qiyməti isə 2 milyon dollardan başlayır.
(xezerxeber.az)
Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00