![[b]Vyanada Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir[/b]](https://lent.az/storage/news/2019/march/28/big/87ed9fd907d7d1747eceb1a6ed9330bd.jpg)
[b]Vyanada Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir[/b]
Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın görüşü keçirilir.
ONA-nın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan özünün "twitter" səhifəsində yazıb.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin çəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) də iştirak edirlər.
Görüş Azərbaycan və Ermənistan rəhbərlərinin sabah Vyanada keçiriləcək görüşünə hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, bu, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş olacaq.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16