1034
22:26
27 Mart 2019

"Aysel ərimlə eyni evdə yaşayırdı" - Turanə - VİDEO

13 illik evliliyini müğənni Aysel Əlizadənin dağıtdığını iddia edən Turanə Nəcəfli ilə bağlı yeni məlumat var.
Aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində bildirib ki, iş adamı Elçin Nəcəfli verdiyi sözü tutmayıb:
"Qızlarını Turanəyə təhvil versin, onların tərbiyəsi, təhsili, sağlamlığı ilə məşğul olur. Uşaqların eyni məktəbdə oxumasına imkan yaradır. Turanəni yeni tikilidə dördotaqlı evlə təmin etməlidir. Bunları Elçinlə danışmışdıq, kağız üzərinə töküb, göndərdim. Yəni özünə yox, onun üçün xahiş edən insanlara. Amma mən bunu imzalamağa Elçini tapa bilmirəm".
Turanə isə Aysel və ərinin münasibəti ilə bağlı məqamlar açıb:
"Mənim ailəmi Aysel dağıdıb. Onu öz evimdə də görmüşəm. 2016-cı ilin dekabrında Ayseli Elçin evimə gətirdi. Məni saymadan qapını açıb girmişdi evə. Hətta Aysel gəlməzdən əvvəl yoldaşımın telefonundan qızıma səsli mesajlar atırdı. Onun kim olduğunu soruşmağa heç mənə imkan vermirdi. Elçin mənə deyirdi ki, səni istəmirəm, Ayseli sevirəm. Atası da bilirdi bunu. Hətta atası mənə dedi ki, sən getməlisən, kimi sevir gətirsin. 6 ay dözdüm. Hər gün saat 9-da Aysel ərimin nömrəsiylə qızıma zəng vururdu. Ərimlə Aysel bir evdə qalırdı. Saray qəsəbəsindəki bağda Aysellə yaşayırdı. İki ay sonra dedi ki, sənə görə niyə narahat qalım? Çıx get, biz burada yaşayaq".
(Axsam.az)