İsveç kralının tacı oğurlandı
01 avqust 2018 10:09 (UTC +04:00)

İsveç kralının tacı oğurlandı

İsveçdə IX kral Karlın tacı saxlandığı yerdən oğurlanıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, İsveç KİV-lərinə istinadla xəbər verir ki, hadisə Stokholmdan 120 km uzaqlıqda yerləşən Strangnas şəhərinin XVII əsrə aid olan kafedral kilsəsində baş verib. IX kral Karlın dəfnində istifadə edilən əşyalarla və əsası ilə yanaşı, onun və həyat yoldaşı kraliça Kristinanın taclarını da oğurlayıblar.

 

Yerli jurnalistlər oğurlanan əşyaların çox qiymətli olduğunu qeyd edir.

 

Şahidlərin verdiyi məlumata əsasən, oğurluğu bir neçə nəfərdən ibarət cinayətkar qrup həyata keçirib. Şahidlər, habelə bildirib ki, oğrular hadisə yerini motorlu qayıqdan tərk ediblər.

 

Cəmiyyətdə böyük əks-səda doğuran oğruluq hadisəsi ilə bağlı İsveç polisi istintaq işlərinə başlayıb. Yerli polisin rəsmisi Tomas Agnevikin sözlərinə görə, axtarışlar yerdə, suda və havada aparılır.

 

Polis cinayətkarların gizləndiyi yerin ifşası üçün bütün istiqamətləri yoxlayır.

 

# 377
avatar

Oxşar yazılar

“Mercedes” qalmaqaldan qurtuldu

“Mercedes” qalmaqaldan qurtuldu

28 aprel 2024 , 17:10
Stallone memuar yazır

Stallone memuar yazır

28 aprel 2024 , 16:10
Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

28 aprel 2024 , 14:16
Yenə Quran yandırıldı

Yenə Quran yandırıldı

28 aprel 2024 , 13:24
TikTok Baydeni uduzdura bilər

TikTok Baydeni uduzdura bilər

28 aprel 2024 , 10:03
Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

28 aprel 2024 , 09:26
Rusiyada zəlzələ  baş verdi

Rusiyada zəlzələ baş verdi

28 aprel 2024 , 08:22
Polis 100-dən çox fəalı SAXLADI

Polis 100-dən çox fəalı SAXLADI

28 aprel 2024 , 05:20
“Titanik” sərnişininin saatı 1,4 milyon dollara  satıldı

“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satıldı

28 aprel 2024 , 03:41