166
16:31
07 İyun 2018

"Azərbaycan prezidenti ilə danışıqlara hazıram" - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidentiİlham Əliyevlə danışıqlara hazır olduğunu bəyan edib.

APA -nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə o, Ermənistan parlamentinin xüsusi iclasında çıxışı zamanı deyib.

N. Paşinyan yenidənDağlıq Qarabağın tərəf kimi danışıqlarda iştirak etməli olduğunu vurğulayıb: “Mən Minsk qrupu çərçivəsində Azərbaycan prezidenti ilə danışıqlara hazıram. Lakin ona qədər danışıqların effektli olması üçün hər şeyi etmək lazımdır”.