121
17:31
01 İyun 2018

BMT baş katibi İlham Əliyevə məktub göndərdi

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş prezident İlham Əliyevə təbrik ünvanlayıb.

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, A.Quterreş Respublika Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırdığını qeyd edib: "Birləşmiş Millətlər Təşkilatının zənginliyi onun üzvü olan ölkələrin müxtəlifliyindədir. Ölkələr “Biz - xalqlar” şüarı altında bir araya gələrək təşkilatın Nizamnaməsində təsbit olunmuş dəyərləri uca tutduqda, bizim missiyamız daha da möhkəmlənir. Həm qlobal çağırışların geniş yayıldığı, həm də onların həlli üçün geniş imkanların mövcud olduğu bir dönəmdə həmin dəyərlər bizi birləşdirən etibarlı vasitədir.

Sizin bu milli bayramı qeyd etdiyiniz bir vaxtda mən daha effektiv Birləşmiş Millətlər Təşkilatının qurulması, eləcə də sülhün, davamlı inkişafın və insan hüquqlarının təmin olunması istiqamətində fəal iştirak etmək əzmində olduğumu bildirirəm".