![[b]"Ümid edirik ki, danışıqlar davam edəcək" - Mariya Zaxarova[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]"Ümid edirik ki, danışıqlar davam edəcək" - Mariya Zaxarova[/b]
"Ümid edirik ki, Ermənistanda vəziyyət sabitləşəcək və Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlar prosesinə qayıdacaq".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
Ermənistanda baş verən hadisələr fonunda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konkret hansı dəyişikliklərin ola biləcəyi sualına Rusiya XİN sözçüsü belə cavab verib: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri bundan sonra da yerinə yetirməyə davam edəcək. Səmimi olaraq ümid edirik ki, Ermənistanda vəziyyət sabitləşəcək və Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlar prosesinə qayıdacaq. Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi baş verməməlidir. Bu, vəziyyəti daha da dərinləşdirməkdən başqa heç nəyə gətirib çıxarmayacaq. Çıxış yolu ancaq sülh və danışıqlar müstəvisində olmalıdır".
Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28
İblisin başı elə o özüdür...
29 iyun 2025 , 11:48