Xalq artisti Rəmişin ( Rafiq Hüseynov ) həyat yoldaşı Gülü “Sirdaş Rövşanə” verilişində şəxsi həyatı ilə bağlı açıqlamalar verib. Lent.az-ın məlumatına görə, xalq artistinin xanımı bildirib ki, gitara ifaçısı ilə çətin günlər yaşayıb: “
“Elə günüm olub ki, soğanın indi kəsib atdığımız qatını saxlamışam ki, sabah başqa yeməyə vurum. Mənim də pis günlərim olub. Mənim valideynim də olmayıb. Qapılarda iş görmüşəm, dövlət işində də işləmişəm. Çalışmışam ki, heç kimə möhtac olmayım. Sabah deməsinlər ki, Gülüyə çörək vermişəm, indi qudurub yanımdan düz keçir. Hamballıq da etmişəm, amma qoymamışam ki, Rəmiş başı aşağı gəzsin”.