“Eurovision” mahnımızda  bu səbəbdən dəyişiklik edilir
13 mart 2018 10:22 (UTC +04:00)

“Eurovision” mahnımızda bu səbəbdən dəyişiklik edilir

Müğənni Aysel Məmmədovanın “Eurovision” üçün ifa etdiyi “X my heart” adlı mahnısında dəyişiklik edilir. Lent.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sənətçinin özü müsabiqənin Azərbaycan üzrə tərəfdaşı “İnfe Azerbaijan”a açıqlamasında bildirib. 
 
Bildirilir ki, tənqidlərə məruz qalan bəstənin girişi elektronik olacaq: “Yunanıstanda baş tutan məşqlərdən sonra Azərbaycanın “Eurovision” komandası ingilis prodüser Tim Branın təklifi ilə mahnıda dəyişiklik edəcək. Bundan sonra mahnımızın giriş hissəsi daha elektronik səslənəcək”.
 
Qeyd edək ki, Aiselin “X my heart” mahnısı sosial şəbəkələrdə tənqidlərə məruz qalmış, mahnı və klip bəyənilməmişdi. 
 
Mahnının musiqisi bəstəkar-prodüser Dimitris Kontopulosa, sözlər Sandra Byurmana məxsusdur. 
 
Xatırladaq ki, bukmeykeylər Azərbaycanı 10-luğa düşməyəcəyini proqnoz edib. 
# 341
avatar

Oxşar yazılar