119
17:56
01 Mart 2018

İlhamə Quliyevanın bu müğənniyə borcu olub: "Bankda 380 min pul var"

Əməkdar artisti Firuzə İbadova mərhum xalq artisti İlhamə Quliyeva barədə danışıb. Lent.az -ın məlumatına görə, müğənni “Səhər-səhər” verilişinə açıqlamasında bildirib ki, İ.Quliyevanın ona borcu olub: “Əgər alacağım varsa, nəyə görə ala bilmirəm? Axı mən heç kimə gedib demərəm, mənə bu qədər pul lazımdır. Həmişə mən hamıya əl tutmuşam. Hamını mən çatdırmışam ağ günlərə. İndi niyə qara gündə qalmalıyam?! Axı mən öz pulumu, öz malımı istəyirəm. O gəlir aldadır məni, bu gəlir aldadır. Nə qədər olar?”.

F.İbadova İ.Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovun ona borcu qaytarmadığını bildirib.

Daha sonra aparıcı Elgiz Əkbər bu məsələ ilə bağlı fikrini səsləndirib:

“İlhamə Quliyeva mənim yanımda dedi ki, Firuzə pul sənə çatacaq. 7 min manatdır. Hələ qızılları demirəm”.

Əli Mirəliyev İ.Quliyevının bankda 380 min pulu olduğunu açıqlayıb.