Maşının cihazlar panelində telefon keçirmək istədilər - <span style="color:red;">FOTO
29 oktyabr 2016 11:00 (UTC +04:00)

Maşının cihazlar panelində telefon keçirmək istədilər - FOTO

Rusiyadan Azərbaycana qanunsuz telefon keçirmə cəhddi baş tutmayıb.

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən  “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi  “Mersedes  Benz E 200 D” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.  Yoxlama zamanı avtomobilin cihazlar panelindən gömrük nəzarətindən gizlədilən 7 ədəd “Samsung J1” markalı mobil telefon, 9 ədəd  mobil telefon üçün qidalandırıcı element, 10 ədəd telefon adapteri aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

# 221
avatar

Oxşar yazılar