3 ton pişiyi kəsmək üçün qaçırdılar
31 yanvar 2015 02:13 (UTC +04:00)

3 ton pişiyi kəsmək üçün qaçırdılar

Çin sərhədindən Vyetnama gələn yük maşınını yoxlayan polislər gördüklərinə inana bilməyiblər.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, sürücü Hoang Van Hieunun maşınından ümumi çəkisi 3 ton olan pişik tapılıb.

 

Hieu maşının arxasına üst-üstə qoyduğu pişikləri kəsilmək üçün Çindən Vyetnama qaçırarkən cinayət başında tutulub. Polis pişik qaçaqçılığının yeni olmadığını, ancaq son vaxtlar artdığını açıqlayıb.

 

Heyvan haqlarını qoruyan təşkilatlar isə Çin və Vyetnamda pişik, it ticarəti edilməsini kəskin qınayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488

Oxşar yazılar