Mədət Quliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub
21 noyabr 2014 13:07 (UTC +04:00)

Mədət Quliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

Prezident İlham Əliyev ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın Penitensiar Xidmətin saytına istinadən verdiyi məlumata görə, sərəncama əsasən, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Zemfira Məmmədova və Rasim Tahirli “Tərəqqi” medalı ilə, Əhmədova Ülviyyə Mahmud qızı Əliyev Niyaməddin Cabbar oğlu, Hacıyev Rəşad Yavər oğlu, Həsənov Fərhad Fərrux oğlu, Hüseynov Nizami Əli oğlu, Xəlilov Qədir Rövşən oğlu, Salmanova Səbinə Qədir qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656

Oxşar yazılar