(R) 90000  manatlıq uduş fondlu  lotereyanın  növbəti qalibləri
14 may 2014 15:59 (UTC +04:00)

(R) 90000 manatlıq uduş fondlu lotereyanın növbəti qalibləri

“Unibank”dan götürdüyüm ilk kredit mənə uğur gətirdi. Götürdüyüm kreditdən də çox pul uduşu qazandım. Görünür, “Unibank”ın müştərisi olmağın üstünlüyü də bundadır”- bunu “Unibank”dan kredit götürdüyü üçün pul uduşu qazanan Nağı Xanabatlı deyir.

 

“Unibank”ın “Alkredit plus nağd krediti əldə edin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının  7-ci tirajının qaliblərindən olan Nağı Xanabatlı indiyədək bir çox banklardan kredit götürdüyünü, amma “Unibank”da müştərilərə xidmətin daha yüksək səviyyədə olduğunu deyir.

 

Səfurə Salayeva da “Unibank”dan kredit götürdüyü üçün lotereya qalibləri siyahısına düşüb: “Həyatımda ilk dəfədir ki, lotereya qalibi oluram, çox sevindim. Həmişə filiala kredit ödəməyə gedəndə bank işçiləri məni çox səmimiyyətlə qarşılayırlar. “Unibank”da xidmət səviyyəsindən çox razıyam”.

 

 

Qeyd edək ki, “Unibank”ın  “Alkredit plus nağd krediti əldə edin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının  7-ci tirajının 26 qalib seçilib. Müsabiqə komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında keçirilən uduş fondunun nəticələrinə əsasən, qaliblərdən 20 nəfər 100 manat , 4 nəfər 500 manat, 2 nəfər isə 1000  manat  pul mükafatı əldə edib.

 

Lotereya tirajlarında  ümumilikdə 390 lotereya iştirakçısı qalib elan ediləcək. Uduşun ümumi fondu  90 000 AZN təşkil edir. Uduş fondunun oynanılması 15 tirajla həyata keçiriləcək. Hər tirajın uduş məbləği 6000 AZN   təşkil edir.  Pul uduşu ilk növbədə qalib müştərinin kreditinin ödənilməsinə yönləndirilir və kredit mükafat hesabına tam ödənildikdən sonra artıq qalan məbləğ olarsa, o zaman  qalibə  qalıq məbləğ təqdim edilir.

 

Qaliblərin siyahısı bankın saytında  yerləşdirib  (http://www.unibank.az/az/about-bank/news/248/) və “525-ci qəzet”də dərc olunub. Lotereyanın növbəti – 8-ci tirajı  04.06.2014-cü il tarixində keçiriləcək.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az)  əldə etmək olar.

 

“Unibank” – hər kəsin bankı

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794

Oxşar yazılar