Zəlzələnin 170-ci saatında gələn XOŞ XƏBƏR  - VİDEO
13 fevral 2023 11:25 (UTC +04:00)

Zəlzələnin 170-ci saatında gələn XOŞ XƏBƏR - VİDEO

Türkiyədə zəlzələnin 170-ci saatında dağıntılar altından 40 yaşlı qadın xilas edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Gaziantepin İslahiye rayonunda 5 mərtəbəli binanın dağıntıları altında qalan 40 yaşlı Sibel Kaya sağ qaldığı ilə bağlı işarə verib.

O, zəlzələnin 170-ci saatında xilasetmə qrupları tərəfindən dağıntılar altından çıxarılıb.

Dağıntılar altından çıxarılan Sibel Kaya xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

# 2856
avatar

Fidan İlqar

Oxşar yazılar