Zaqatalada ŞƏHİDLİK ABİDƏSİ  dağılıb - VİDEO
05 dekabr 2022 14:58 (UTC +04:00)

Zaqatalada ŞƏHİDLİK ABİDƏSİ dağılıb - VİDEO

Zaqalatanın Qandax kəndində şəhidlər üçün ucaldılmış abidə dağıdılıb. 

Bu barədə Lent.az-a kənd sakinləri məlumat verib. 

Belə ki, bir müddət əvvəl çörək daşıyan avtomobil yerli sakinlər tərəfindən salınmış abidəyə çırpılıb. Nətidəcə abidə dağılıb. Hadisədəın uzun müddət keçəsinə baxmayaraq abidə hələ də təmir olunmayıb. 

Məsələ ilə bağlı Lent.az-ın sorğusunu cavablandıran Qandax kənd bələdiyyəsinin sədri Rəvalə Bayramova bildirib ki, hazırda abidənin yenidən qurulması istiqamətində işlər gedir:

"Təxminən iki ay öncə çörək daşıyan maşının sürücüsü idarə etməni itirdiyi üçün həmin şəhidlər abidəsinə çırpılmışdı. Hadisə nəticəsində abidə yararsız hala düşdü. Hazırda abidə qəza törətmiş şəxs tərəfindən təmir olunur. Sürücü artıq şəhidlərin şəkillərini hazırlanması üçün sifariş edib". 

# 8052
avatar

Fidan İlqar

Oxşar yazılar