Zaqatalada itləri zəhərlədilər: POLİS HƏRƏKƏTƏ KEÇDİ  - VİDEO
17 fevral 2023 14:47 (UTC +04:00)

Zaqatalada itləri zəhərlədilər: POLİS HƏRƏKƏTƏ KEÇDİ - VİDEO

Zaqatalada itlərin kütləvi zəhərlənməsi hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, zəhərlənmə ilə bağlı polis şöbəsinə daxil olmuş məlumat, eləcə də sosial şəbəkələrdə yayılan videogörüntülər  əsasında rayon polis şöbəsində araşdırmalara başlanılıb.

Baytar həkimin iştirakı ilə itlərdən nümunələr götürülərək yoxlanılması üçün laboratoriyaya göndərilib.

Hazırda faktla bağlı şöbənin təhqiqat bölməsində araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

# 8877
avatar

Sevinc Fərid

Oxşar yazılar