“Təmiz hava” aylığı çərçivəsində bir sıra nəzarət və maarifləndirmə tədbirləri həyata keçirilib.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, respublikanın Ucar, Şamaxı, İmişli, Kəlbəcər, Füzuli, Ağdam rayonlarında təşkil olunan növbəti tədbirlər zamanı DYP və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən atmosferə normadan artıq zərərli maddələr buraxan avtomobil sürücüləri ilə maarifləndirmə xarakterli söhbətlər aparılıb, kobud qayda pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri, sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxsləri istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istisamar etməyə çağırır.