Xizəkçi enişə qaçan canavarı qovdu - VİDEO
24 fevral 2024 18:00 (UTC +04:00)

Xizəkçi enişə qaçan canavarı qovdu - VİDEO

İtaliyanın şimalında yerləşən Val di Fiemme xizək kurortunda xizəkçi təsadüfən qeyri-adi hadisənin şahidi olub. İdmançı trekdən enərkən canavarın düz onun yoluna qaçdığı anı lentə alıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, xizəkçinin vəhşi təbiətlə gözlənilməz qarşılaşması əsl marağa səbəb olub. Videoda idmançının canavarı trek boyu təqib edərək onu necə qovmağa çalışdığı əks olunub. Yırtıcı sonda hasardan tullanaraq meşəyə qaçıb.

Lakin bu hadisə təkcə həyəcan deyil, həm də ziddiyyətli reaksiyalara səbəb olub. Heyvan haqları müdafiəçiləri xizəkçinin bu hərəkətinə qarşı çıxıb, onun canavarı qovmamalı olduğunu əsas gətirib. Onlar belə hərəkətlərin “qurdun rifahına və sağlamlığına mənfi təsir göstərdiyi” fikrini ifadə ediblər.

Hadisə xizəkçinin heyvana qarşı amansızlıq ittihamı ilə istintaqa cəlb olunmasına səbəb olub. İctimaiyyət idmançının canavarı qorxutmaq səylərini dəstəkləyən və vəhşi təbiətə hörmət tələb edən mühafizəçilər kimi 2 hissəyə bölünüb. Bu hadisə xizək kurortlarında insanların vəhşi təbiətlə qarşılıqlı əlaqəsi haqqında müzakirələrə səbəb olub.

# 2916
avatar

Oxşar yazılar