Xilasedicilərimiz 198 saat sonra 2 nəfəri sağ qurtardı - FOTO  - VİDEO
14 fevral 2023 11:16 (UTC +04:00)

Xilasedicilərimiz 198 saat sonra 2 nəfəri sağ qurtardı - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, Azərbaycan FHN-in xilasedicilərinin Türkiyə və Belarusdan olan həmkarları ilə birgə həyata keçirdikləri xüsusilə mürəkkəb xilasetmə əməliyyatı nəticəsində Kahramanmaraşda dağıntılar altında 198 saat qalmış 2 qardaş – 17 yaşlı Muhammed Enes və 21 yaşlı Abdulbaki sağ xilas olunublar.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

***
Saat: 10:40

Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupları Türkiyənin zəlzələ baş verən Kahramanmaraş şəhərində səhər saatlarında zəlzələ baş verən ərazidə əməliyyatları davam etdirir.

Lent.az-ın məlumatına görə, APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, azərbaycanlı xilasedicilər tərəfindən 198 saatdan sonra Muhammet Enes və Abulbaki adlı şəxs dağıntılar altından sağ olaraq xilas edilib.

# 4182
avatar

Oxşar yazılar