Toy karvanında avtoşluq edən həbs edildi - VİDEO  - YENİLƏNİB
21 iyun 2022 15:23 (UTC +04:00)

Toy karvanında avtoşluq edən həbs edildi - VİDEO - YENİLƏNİB

Sosial şəbəkələrdə Zaqatala şəhəri ərazisində “VAZ-2107” markalı nəqliyyat vasitəsinin sürücüsünün yol-hərəkəti qaydalarını, ictimai asayişi nümayişkəranə şəkildə pozduğuna, eləcə də nəqliyyat vasitəsini aşırdığına dair görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində sürücünün şəxsiyyəti qısa zamanda müəyyən edilib və onun rayon sakini Namiq Şabanov olduğu məlum olub. Həmin şəxs saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci ( avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin də qərarı ilə Namiq Şabanov 25 sutka inzibati həbs olunub və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

***

Saat: 11:03

Ötən gün toy karvanlarının birində qəza olub.

Lent.az xəbər verir ki, hadisə Zaqatala rayonunda baş verib. Toy karvanının qarşısı ilə geriyə hərəkət edən "VAZ-2107" markalı avtomobil qəfil drift etməyə çalışıb. Lakin avtomobil şəhər mərkəzindəki dairə ətrafında aşıb.

Görüntüləri təqdim edirik:

Toy karvanında avtoşluq edib maşını aşırdı

# 5364
avatar

Mehman Nəbiyev

Oxşar yazılar