Böyük Britaniyada tanınmış müğənni 24 yaşlı Lola Yunq konsert zamanı qusub.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə müğənninin “Coachella” musiqi festivalında çıxışı zamanı baş verib.
Yunq bu anları özünün İnstagram səhifəsində gülərək paylaşıb və həmin an xəstə olduğunu qeyd edib:
“Xəstə idim, 40 dərəcə temperaturda səhnədə çıxış edirdim. İstəməzdim belə olsun, bu heç xoş olmadı. İfanı dayandırsam da, yenidən səhnəyə qayıtdım və konserti sonadək davam etdim”.
Qeyd olunur ki, gənc müğənni konsert zamanı bir neçə dəfə halı pisləşərək səhnəni tərk edib.