Səfir göz yaşlarına boğuldu, şəhidin cənazəsi mollaların əlindən belə alındı -VİDEO
31 yanvar 2023 10:41 (UTC +04:00)

Səfir göz yaşlarına boğuldu, şəhidin cənazəsi mollaların əlindən belə alındı -VİDEO

Şəhid Orxan Əsgərovun cənazəsini İrandan ölkəyə gətirərkən çox təsirli anlar yaşanıb.  

Lent.az  "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, cənazəni yola salanda Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə göz yaşlarına hakim ola bilməyib.

Bundan başqa, şəhidin tabutunu gətirən mollalara da sərt reaksiya verilib. Azərbaycanın xüsusi nümayəndələri tabutu İran əsgərinin daşımasına icazə verməyib, onların çiynindən alıb sərt formada uzaqlaşdırıblar. Baş verənləri videoda da izləyə bilərsiniz.

Qeyd edək ki, yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinin binasına silahlı hücum edilib. Terror hadisə nəticəsində səfirliyin bir əməkdaşı şəhid olub, iki nəfər isə yaralanıb.

# 8466
avatar

Oxşar yazılar