İntihar edən qız
14 yanvar 2022 16:15 (UTC +04:00)

İntihar edən qız

Rusiyada azərbaycanlı intihar edən qızı belə QURTARDI - VİDEO

Rusiyanın Perm şəhərində Kənan adlı azərbaycanlı gənc qızı intihardan xilas edib.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hadisə şəhərin Çernyaxovski küçəsində gecə saatlarında baş verib. Qardaşı ilə evə gedən Kənan 16 mərtəbəli binanın pəncərəsində əyləşib ağlayan qızı görüb və onun intihar etmək istədiyini düşünüb. Bundan sonra Kənan onunla söhbətə başlayıb:

“Gözəlim, gəl səninlə 5 dəqiqə söhbət edək. Mən indi yuxarı qalxıram, səninlə danışacam. 5-cə dəqiqə, yaxşı? Mən sənə kömək edəcəm. Nə istəsən kömək edəcəyik”.

Bundan sonra o, binaya daxil olmaq istəsə də, həmin blokun bağlı olduğunu görüb. Qızı xilas etmək üçün qapını sındırıb yuxarı qalxıb. Ehtiyatla onu aşağı düşürüb. Kənan eyni zamanda baş verənlərlə bağlı polisə də xəbər verib:

“O, məni görəndə hönkür-hönkür ağlamağa başladı. Onu aşağı düşürə bildim və yolu keçirdim. Sonra bildirdi ki, öz evlərinə gedəcək. Mən heç onun adını da soruşmadım”.

Kənanın bu hərəkəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Permlilər onun haqqında xoş sözlər yazırlar.

İntihar edən qızı xilas edən azərbaycanlı

İntihar edən qızın xilas olunması

# 2814
avatar

Mehman Nəbiyev

Oxşar yazılar