Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
20 may 2024 10:15 (UTC +04:00)

Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO

Xəbər verdiyimiz ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti helikopter qəzasında həyatını itirib.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisini və onu müşayiət edən hökumət rəsmilərini daşıyan helikopterin qəzaya uğradığı yerdən görüntülər paylaşılıb.

Helikopterin qəzasında həlak olanların hamısının cənazələri hadisə yerindən çıxarılıb. Qırmızı Aypara Cəmiyyətinin İran üzrə rəhbəri Pir Hüseyn Kolivənd bildirib ki, axtarış başa çatıb, cənazələrin hamısı sonrakı proseslər üçün Təbrizə yola salınıb.

Eyni zamanda, həmin helikopteri idarə edən pilotların fotoları yayılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7314
avatar

Fidan İlqar

Oxşar yazılar