Qış yeməyi “Mantı”nın hazırlanma qaydası - VİDEO
07 dekabr 2020 14:33 (UTC +04:00)

Qış yeməyi “Mantı”nın hazırlanma qaydası - VİDEO

Qışda ən çox üstünlük verilən yeməklərdən biri də xəmirdən hazırlanan təamlardır.

Lent.az-ın mətbəxi layihəsində bu dəfə sizə məşhur qış yeməyi “mantı”nın hazırlanma qaydasını təqdim edirik.

Mantının hazırlanması üçün lazım olan ərzaqlar:

800 qr un,
1 ədəd yumurta,
Su
Ət,
Kartof,
Soğan,
Duz,
İstiot

Mantının hazırlanması üçün ilk görülən iş un, su, yumurta və duzu bir qabda qarışdırıb xəmiri yoğurmaqdır. Xəmirin özünə gəlməsinə görə 30 dəqiqə gözləyirik. Bu müddətdə vaxtımzı boş getməsin deyə mantının içliyini hazırlayırıq: çəkilmiş ət, soğan, duz və istiotu qarışdırırıq. Hazır xəmiri iki hissəyə bölürük və unlanan masada oxlovla incə-incə açırıq. Sonra açılan lavaşı kiçik kvadratlar formasında kəsirik, içərisinə əti doldurub bükürük. Hər mantı dənəsini hazırlanıdqca bir-birinə yapışmayacaq şəkildə kənardakı məcməyə qoyuruq. Bükmə işini tamamladıqdan sonra mantıları onun bişirilməsi üçün nəzərdə tutulan xüsusi qazanın listlərinə yerləşdirib, öncədən qızdırılmış su dolu qazanın üzərinə qoyuruq. Mantı buxarda ən azı 15 dəqiqə bişir. Süfrəyə qaymaq, xama, qatıqla verə bilərsiniz.

Hazırlanma qaydasına videoda baxa bilərsiniz. Nuş olsun!

 

 

"Mantı"nın hazırlanma qaydası

# 8136
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar