Polisi bu əməllərinə görə işdən qovub həbs etdilər  - VİDEO
23 may 2024 10:52 (UTC +04:00)

Polisi bu əməllərinə görə işdən qovub həbs etdilər - VİDEO

Rusiyada polis təqaüdçüyə qarşı 15 milyon rublluq (təxminən 282 min manat) dələduzluq edib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, Ufadan olan bir polis məmuru mövcud olmayan qatilləri tutmaq üçün üç ay müddətində təqaüdçünü icarəyə götürdüyü “təhlükəsiz mənzildə” saxlayıb.

Zərərçəkən Qalina Malomojnovanın əri ölüb, sonra oğlu yoxa çıxıb. O, meşədə ölü tapılıb. Bir neçə ildən sonra itkin düşmə işini araşdıran Daxili İşlər Nazirliyinin əməkdaşı Aleksandr G. ona zəng etməyə başlayıb. O, təqaüdçünün nəzarətdə saxlandığını və onun həyatına qəsd edildiyini, gəlininin də bu işdə əli olduğunu deyib.

Polis bildirib ki, qətlin təşkilatçısını müəyyən etmək və tutmaq üçün hər şeyi gizli saxlamaqla əməliyyatın inkişafına kömək etmək lazımdır.

Polis nənəni qorxutmaq üçün təhlükəsiz ev və videokameralarla tamaşa planlaşdırıb. Sonra onu öz şəxsi evini, üç otaqlı mənzilini, avtomobilini girov qoymağa, özünə bir neçə kredit götürməyə, dostlarından borc almağa razı salıb.

Qalina üç aya yaxın təhlükəsiz evdə yaşayıb, sonra Aleksandr yoxa çıxıb.

Polis təqaüdçünün aldadıldığını müəyyən edib. Şübhəli şəxs xüsusilə böyük miqyasda dələduzluq etdiyi üçün işdən çıxarılaraq həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3702
avatar

Oxşar yazılar