Odessada azərbaycanlılar gəmidə köməksiz qaldı -  LİMAN MİNALANIB
01 mart 2022 13:49 (UTC +04:00)

Odessada azərbaycanlılar gəmidə köməksiz qaldı - LİMAN MİNALANIB

Ukraynanın Odessa limanında içərisində azərbaycanlıların da olduğu Türkiyəyə məxsus gəmi sahilə çıxa bilmir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Odessa limanı minalandığı üçün Türkiyəyə məxsus üç gəmi çarəsiz vəziyyətdə qalıb. 

Bu barədə çarəsiz qalan gəmilərdən birinin kapitanı Fatih Tezel məlumat verib.

O bildirib ki, limanın girişi minalandığı üçün müharibə başlayan gündən buradan çıxa bilmirlər:

"Gəmilərin giriş-çıxışının qarşısını almaq üçün problem yaradılıb. Burada gözlədiyimiz üçün yemək və yanacağımız tükənir. İstənilən vəziyyətə hazır olmağımız və bir hadisə baş verərsə, dərhal sığınacaqlara getməyimiz istənilib".

Məlumata görə, gəmidəki 14 heyətin 9-u Azərbaycan, digər 4-ü Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır.

Tezəl qar yağdığını və gəminin adamlarla dolu olduğunu da vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4170
avatar

Fidan İlqar

Oxşar yazılar