Narkotik çəkib ayağını çölə çıxaran sürücü həbs olundu - VİDEO
12 iyun 2024 12:11 (UTC +04:00)

Narkotik çəkib ayağını çölə çıxaran sürücü həbs olundu - VİDEO

Narkotik vasitənin təsiri altında qeyri-etik hərəkətlər edən sürücü həbs edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, paytaxtın Nərimanov rayonu, H.Əliyev prospektində “Toyota” markalı, 77-XA-693 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İsgəndərov Tahir Elşən oğlu qeyri-etik tərzdə avtomobil idarə etdiyi üçün Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı T.İsgəndərovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T.İsgəndərovun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2511
avatar

Oxşar yazılar