Lənkəranda uşağın döyülməsi ilə bağlı DETALLAR  -VİDEO
30 may 2025 09:51 (UTC +04:00)

Lənkəranda uşağın döyülməsi ilə bağlı DETALLAR -VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Lənkəranda məktəbəqədər hazırlıq kursunda, azyaşlının şiddətə məruz qalması ilə bağlı görüntülər yayılıb. Uşağın valideynləri deyir ki, kursda baş verən ilk hal deyil. Kursda baş verən faktı Lənkəran rayon prokurorluğu araşdırır.

Lent.az xəbər verir ki, bu məsələ APA TV-nin hazırladığı reportajda geniş işıqlandırılıb:

Uşağın atası Fuad Hüseynov bildirib ki, hadisə baş verəndə işdə olub:

“Günorta radələrində evdən yığdılar ki, bəs uşaq başından xəsarət alıb. Getdim evə gördüm ki, uşağın başından qan axıb amma quruyub. Soruşdum hadisə necə baş verib dedilər ki, müəlliməsi səs atıb vatsap vasitəsilə uşağın başına başqa bir uşaq karandaşla vurub. Biz ona ilkin tibbi yardım göstərmişik. Getdim kursa videogörüntülərlə tanış oldum. Sonra müəllimə boynuna aldı ki, mən vurmuşam”.

Problemlə bağlı daha ətraflı video materialda tanış ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746

Oxşar yazılar