Laçında bir neçə gün əvvəl 4 hərbçimizin ölümünə səbəb olan İstisuya giriş qadağan edilib.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan məlum olur ki, aidiyyatı qurum su hövzəsinin üzərini dəmir atmalarla tor şəklində örtüb. Beləliklə növbəti fəsadların qarşısı alınması üçün tədbir görülüb.
Qeyd edək ki, bir neçə gün əvvəl Laçın rayonunda yerləşən İstisuda çimən 4 hərbçimiz kükürdlü sudanzəhərlənərək vəfat ediblər.