Körpənin əli ətçəkən maşında qaldı - TÜKÜRPƏDƏN GÖRÜNTÜ
19 iyul 2024 15:07 (UTC +04:00)

Körpənin əli ətçəkən maşında qaldı - TÜKÜRPƏDƏN GÖRÜNTÜ

Şamaxıda yaş yarımlıq uşağın əli ətçəkən maşında qalıb.

Lent.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, əli ətçəkən maşında qalan 27.01.2023-cü il təvəllüdlü körpə xəstəxanaya valideynləri tərəfindən çatdırılıb. Şamaxı rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilərkən körpənin sağ əli elektron ətçəkən maşınına keçmiş vəziyyətdə olub.  

Xəstəxananın tibbi heyəti və Fövqaladə Hallar Nazirliyinin əməkdaşlarının operativliyi nəticəsində qısa zamanda körpənin əli ətçəkən maşının içərisindən çıxarılıb. Körpənin əli rentgenoloji müayinə olunduqdan sonra həkim-cərrah Ağasoltan Əmirov tərəfindən yumşaq toxumaların cərrahi proseduru həyata keçirilib.

Hazırda körpənin vəziyyəti qənaətbəxşdir və ambulator müalicə üçün evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3876
avatar

Oxşar yazılar