İranda molla rejimi qətliam törətdi - ŞOK GÖRÜNTÜLƏR
21 noyabr 2022 16:36 (UTC +04:00)

İranda molla rejimi qətliam törətdi - ŞOK GÖRÜNTÜLƏR

Bu gün Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərində SEPAH-ın keçirdiyi əməliyyat nəticəsində 11 nəfər öldürülüb.

Lent.az-ın “Mouze” teleqram kanalına istinadən məlumatına görə, şəhərin İran parlamentindəki üzvü Calal Mahmudzadə bununla bağlı İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaniyə məktub yazdığını deyib.

O, Soyuqbulaq əhalisinə təsəlli üçün hökumət nümayəndələrindən ibarət nümayəndə heyətinin bölgəyə göndərilməsini tələb edib. Millət vəkili öldürülən şəxslərin etiraz aksiyalarında iştirak etmədiklərini deyib.

Qeyd edək ki, İran hökuməti Soyuqbulaqda keçirilən əməliyyatı "terroristlərə qarşı əməliyyat" kimi qələmə verib və separatçıların sığınacaqlarını dağıtmaq məqsədi ilə həyata keçirildiyini bildirib. 

Bununla yanaşı, İranın Cavanrud şəhərində (Kermanşah əyaləti) etirazlar böyük vüsət alıb. Bu şəhərdə hazırda küçə döyüşləri gedir. Repressiv qüvvələr xalqa atəş açır. Xeyli sayda ölən və yaralanan var.

Cavanrud şəhərindən ən son görüntüləri təqdim edirik:

# 2817
avatar

Oxşar yazılar