İranın Sənəndəc şəhər əhalisi hökumət qüvvələrinə qarşı ciddi müqavimət göstərib.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, şəhərin hər yerindən atəş səsləri eşidilir.
Etirazçılar küçələri bağlayır və xüsusi təyinatlılarla toqquşur. Xüsusi təyinatlı qüvvələr gözyaşardıcı qaz və birbaşa atəş açaraq xalqa hücum etsə də, ciddi müqavimətlə qarşılaşdıqları üçün qaçmağa məcbur olurlar.
Hazırda bu toqquşmalarda ölən və yaralananların sayı ilə bağlı dəqiq məlumat yoxdur.