Hindistanlının izi tapılıb? - Polisdən AÇIQLAMA  - YENİ VİDEO
29 iyun 2022 15:35 (UTC +04:00)

Hindistanlının izi tapılıb? - Polisdən AÇIQLAMA - YENİ VİDEO

Zaqatala dağlarında itən hindistanlı turist 29 yaşlı Manikanth Kondaveetinin axtarışları davam edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Lent.az-a bildirib ki, axtarışlar zamanı hələlik heç bir izə rast gəlinməyib: "Axtarışlar Qəbizdərə, Honzoqor yaylağında və ətraf dağlarda davam etdirilir. Hələlik turistə aid heç bir izə rast gəlinməyib".

Qeyd edək ki, hindistanlı turist 29 yaşlı Manikanth Kondaveeti mayın 12-də Zaqatalada oteldən çıxaraq, naməlum istiqamətdə gedib. Bundan sonra onunla əlaqə saxlamaq olmayıb. Yalnız mayın 13-də onun mobil telefonun "GPS" vasitəsilə harada olduğu izlənilib. Sonra isə bu axtarış vasitəsi də əlçatmaz olub.

Turistin axtarışları davam edir

# 10122
avatar

Mehman Nəbiyev

Oxşar yazılar