FHN tərəfindən Kahramanmaraşda növbəti çadır şəhərciyi quruldu - FOTO  - VİDEO
16 fevral 2023 17:43 (UTC +04:00)

FHN tərəfindən Kahramanmaraşda növbəti çadır şəhərciyi quruldu - FOTO - VİDEO

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların Nazirliyin qüvvələri tərəfindən qurulması prosesi həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, FHN-in qüvvələri tərəfindən Kahramanmaraş rayonunda yerləşən Kahramanmaraş Sütçü İmam Universitetinin həyətində 300 çadırdan ibarət növbəti çadır şəhərciyi qurulub. Çadırlarda yaşayan insanlar üçün lazımi şərait yaradılıb, o cümlədən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil edilib.

# 2043
avatar

Oxşar yazılar